Menu

ABŞ raket arsenalını yeniləmək qərarına gəlib

24.08.2017, 17:36
ABŞ raket arsenalını yeniləmək qərarına gəlib

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Pentaqon yeni nəsil nüvə raketlərinin işlənməsi üçün 2 milyard vəsait ayırıb.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) hərbçiləri iki kontrakt imzalayıblar. Söhbət müasir raket əleyhinə müdafiə (RƏM) sistemlərini «adlamaq» və nüvə başlığı daşımaq qabiliyyətinə malik raketlərin işlənməsindən gedir.

ABŞ hərbi-hava qüvvələrinin nümayəndəsi Hizer Uilsona istinadla, bu barədə xəbəri «Röyter» agentliyi yayıb.

Aviasiyada yerləşdiriləcək yeni raketlər 2030-cu ilə hazır olmalıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol