ABŞ-ın Respublikaçı senatoru Rand Paul Suriyada İŞİD-in silahlanmasına ABŞ-ın yardım etdiyini deyib. İŞİD-in Əl-Qaidənin bir qolu olduğunu xatırladan senator Paul əslində Bəşər Əsədi devirmək üçün suriyalı üsyançılara silah yardımı edildiyini açıqlayıb.
AzPolitika.info xarici KİV-ə istinadən xəbər verir ki, Kentuki senatoru Rand Paul "Əsəd devrilsəydi, Suriya cihadın paytaxdı olacaqdı" deyə bildirib.
Senator daha sonra Suriya ilə bağlı siyasətin ziddiyətli olduğuna diqqət çəkib. İŞİD-in Amerika üçün heç bir təhlükə törətmədiyini qeyd edən senator, "Obamanın dediyi kimi, ancaq uzaq gələcəkdə hər hansı bir təhlükə törədə biləcək" deyə şərh edib.


Şərhlər