Menu

Dünyanın ən sürətli smartfonu məlum oldu

24.08.2017, 20:21
Dünyanın ən sürətli smartfonu məlum oldu

Mobil qurğuların sürətinin müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuş populyar "AnTuTu” testinin tərtibatçıları ən yüksək bal toplamış smartfonların siyahısını dərc ediblər.

AZƏRTAC xəbər verir ki, "AnTuTu” reytinqinin yaradıcılarının qiymətləndirməsinə görə, hazırda Çinin "OnePlus 5” (181 min bal) ən sürətli smartfon hesab edilir, "HTC U11” (180 min bal) ikinci yeri, "Samsung Galaxy S8+” (172,6 min bal), "Galaxy S8” (172,4 min bal) və "Xiaomi Mi6” (172,1 min bal) smartfonları isə müvafiq olaraq üçüncü, dördüncü və beşinci yerləri tutublar.

Ən məhsuldar smartfonların siyahısına, həmçinin "iPhone 7 Plus”, "Sony Xpreia XZ Premium”, "iPhone 7”, "OnePlus 3T” və "OnePlus 3” smartfonları daxil edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol