Menu

Bulvarda meyiti tapılan qadının şəxsiyyəti müəyyənləşib - İntihar edib

25.08.2017, 11:14
Bulvarda meyiti tapılan qadının şəxsiyyəti müəyyənləşib - İntihar edib

Bakı bulvarında suda meyiti tapılan qadının şəxsiyyəti müəyyənləşib.

APA-nın məlumatına görə, araşdırmalar nəticəsində onun 1944-cü il təvəllüdlü Rəfiqə Şahab qızı Mustafayeva olması müəyyən edilib.

R. Mustafayevanın intihar etdiyi bildirilir.

Faktla bağlı Səbail rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, avqustun 8-də, saat 15.00 radələrində Səbail rayonu ərazisində Dənizkənarı Milli Parkda dənizdə üzərində zorakılıq əlamətləri olmayan, 50-55 yaşlarında qadın meyiti tapılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol