Menu

Saakaşvilinin tərəfdarları onu Kiyevdə qarşılamağa hazırlaşır

25.08.2017, 11:28
Saakaşvilinin tərəfdarları onu Kiyevdə qarşılamağa hazırlaşır

Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayan vətəndaşlığından çıxarılması barədə bildiriş almadığını və Kiyevə geri dönmək niyyətində olduğunu deyib.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, onun yaratdığı “Yeni Qüvvələr Hərəkatı” liderini sərhəd-keçid məntəqəsində qarşılamağa hazırlaşır.

“Saakaşvili Ukrayna vətəndaşlığından çıxarılması ilə bağlı bildiriş almayıb” – deyə onun yaxın çevrəsindən bildirilib. Bunun üçün Saakaşvilinin pasportu müsadirə olunmalı və əvəzində vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı sərəncamın sürəti ona təqdim edilməli idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol