Menu

Tovuzda avtomobil piyadanı vuraraq qaçıb

25.08.2017, 21:23
Tovuzda avtomobil piyadanı vuraraq qaçıb

Tovuzda piyadanı vuran avtomobil hadisə yerindən qaçıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb.

Kənd sakini, 1950-ci il təvəllüdlü İsmayılova Cəmilə Tapdıq qızı yaşadığı evin qarşısında markası və sürücüsü məlum olmayan avtomobil tərəfindən vurulub. Xəsarət alan piyada dərhal xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol