Menu

«Rusiya tərəfdən təhlükə artmaqda davam edir…» - Danimarka

25.08.2017, 21:36
«Rusiya tərəfdən təhlükə artmaqda davam edir…» - Danimarka

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Danimarkanın Baş naziri Lars Lekke Rasmussen iddia edir ki, Şərqi Avropa dövlətlərinə qarşı Rusiya tərəfdən təhlükə artmaqda davam edir.

«Şərqdən təhlükə realdır və artır. Biz sarsılmaz qərarlı olduğumuzu Rusiyaya nümayiş etdirməliyik. Ona görə də Danimarka alyans üzvü olan ölkələrin, o cümlədən, Rusiya tərəfdən qaynaqlanan təhlükədən müdafiəsi vəzifəsini öz üzərinə götürür» - deyə, Baş nazir deyib və əlavə edib ki, 2018-ci ilin yanvarından başlayaraq, Danimarkanın qırıçı təyyarələri Baltik ölkələrinin səmasında NATO-nun patrul missiyasını həyata keçirməyə başlayacaq.

Bununla eyni vaxtda, Moskvada dəfələrlə qeyd ediblər ki, Baltik ölkələrinə qarşı Rusiyanın mümkün təcavüzü barədə irəli sürülən ehtimallar hər cür ağıl çərçivəsindən kənara çıxır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol