Menu

Bakıda qadın evində sursat gizlədən ərini polisə verib

26.08.2017, 13:02
Bakıda qadın evində sursat gizlədən ərini polisə verib

Bakıda qadın evində sursat gizlədən ərini polisə verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 25-də Xətai rayonu ərazisində yaşayan bir qadın 35-ci Polis Bölməsinə müraciət edərək ərinin onu ölümlə hədələdiyini və yaşadıqları evdə sursat saxladığını bildirib.

Xətai RPİ 35-ci PB-nin əməkdaşları tərəfindən həmin evə baxış zamanı 29 ədəd patron, 2 ədəd giliz və 42 ədəd piston aşkar edilərək götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol