Menu

10 yaşlı qızı maşın vurub

26.08.2017, 13:53
10 yaşlı qızı maşın vurub

Şirvanda azyaşlı piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “Mercedes” markalı, 10 VV 887 dövlət nömrə nişanlı avtomobil Şirvan sakini, 2007-ci il təvəllüdlü Niftiyeva Mədinə Azad qızını vurub.

Azyaşlı Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol