Menu

Türkiyədə İŞİD "komandiri" həbs edilib

26.08.2017, 18:51
Türkiyədə İŞİD "komandiri" həbs edilib

Türkiyə məhkəməsi “İslam Dövləti”nin (İŞİD) komandiri olduğu iddia edilən şəxs barəsində həbs qərarı verib.

APA-nın “Hürriyyət”ə istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının terrorçuların zərərsizləşdirlməsi məqsədilə Əskişəhərdə keçirdiyi əməliyyat zamanı 41 yaşlı iraqlı S.E.T (adı açıqlanmır) hotellərdən birində tutulub.

Bu gün məhkəmə qarşısına çıxarılan İŞİD-in "komandiri" barəsində həbs qərarı verilib. Onunla əlaqəli bilinən daha 4 nəfər isə Türkiyədən deportasiya olunub.

Məlumatda bildirilir ki, tutulan şəxs daha əvvəl ölkəsində sabiq baş nazir Nuri əl-Malikiyə sui-qəsd ittihamı ilə həbs olunsa da, radikal qrupların köməyi ilə həbsdən qaça bildirb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol