Menu

Partlayışla əlaqədar bağlanan Bakı-Quba yolu açılıb - FOTO

27.08.2017, 16:36
Partlayışla əlaqədar bağlanan Bakı-Quba yolu açılıb - FOTO

Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş partlayışla əlaqədar bağlanan Bakı-Quba yolu açılıb.

"Report" xəbər verir ki, yolda yaranan avtomobil sıxlığı tədricən aradan qalxıb.

Xızı rayonu ərazisində yaranmış təhlükə ilə əlaqədar Bakı-Quba avtomobil yolunun 28-ci km-dən, eləcə də həmin yolun Qubadan paytaxt istiqamətində 78-ci km-dən nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılmışdı. DİN BDYPİ qeyd olunanları nəzərə alaraq, sürücülərdən həmin istiqamətlərdə səfərlərini müvəqqəti olaraq təxirə salmalarını xahiş etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol