Menu

YANĞININ QARŞISI ALINIB - Kəmaləddin Heydərov hadisə yerində + FOTO

27.08.2017, 16:39
YANĞININ QARŞISI ALINIB - Kəmaləddin Heydərov hadisə yerində + FOTO

trend_kemaleddin_heydarov_01Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş yanğın davam edir.

APA xəbər verir ki, yanğının miqyası azalsa da, kiçik partlayışlarla müşayiət olunur.

Partlayış nəticəsində ətraf ərazilərə uçuşan sursatların törətdiyi yanğınların qarşısı isə alınıb.

Sursatların Giləzi kəndində bir neçə evdə və boş ərazilərdə səbəb olduğu yanğınlar söndürülüb.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ qərargah yaradılıb.

Qərargah əhalinin evakuasiyası və yanğının qarşısının alınması işləri aparır.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov nazirliyin rəhbər heyəti ilə birgə hadisə yerindədir.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol