Menu

Bağdadda 2 partlayış nəticəsində 5 nəfər ölüb

27.08.2017, 18:28

bagdadBağdadın cənubunda iki minalanmış maşının partladılması nəticəsində 5 nəfər həlak olub, azı altı nəfər xəsarət alıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda İraqın Al Sumaria telekanalı xəbər verir.

Birinci partlayış Bağdadın cənub-qərbində Aş-Şutra Ə-Rabia rayonunda səhər saatlarında baş verib, nəticədə üç qadın həlak olub, daha beş nəfər yaralanıb.

İkinci minalanmış avtomobil bir müddət sonra şəhərin cənubunda yol kənarında Əbu Dəşir rayonunda partlayıb. 2 nəfər həlak olub, daha bir nəfər xəsarət alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol