Menu

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə meşədə yanğın baş verib

27.08.2017, 19:45
Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə meşədə yanğın baş verib

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Şaumyan kəndində meşədə yanğın baş verib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə yerinə 2 yanğınsöndürmə briqadası cəlb olunub.

Yerli sakinlər də yanğının söndürülməsində iştirak edir. Rayon rəhbərliyindən bildirilib ki, yanğının yayılma təhlükəsi yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol