Menu

Göygöl sakini qoz ağacından yıxılaraq ölüb

27.08.2017, 20:11
Göygöl sakini qoz ağacından yıxılaraq ölüb

Göygöl sakini ağacdan yıxılaraq dünyasını dəyişib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Yalqışlaq kəndində qeydə alınıb.

Kənd sakini 1948-ci il təvəllüdlü Cabbarov Mustafa Əlibaba oğlu həyətində olan qoz ağacına çıxıb qoz çırpan zaman hündürlükdən yerə yıxılıb. Ağır bədən xəsarətləri alan M. Cabbarov dərhal xəstəxanaya yerləşdirilsə də, onu həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol