Menu

Səddam Hüseynin müavini Nuri əl-Malikini edamla hədələdi

23.06.2014, 16:38
Səddam Hüseynin müavini Nuri əl-Malikini edamla hədələdi

İzzət al-Douri Ramazan ayının sonunadək İraqın baş nazirinə vaxt verib

Səddam Hüseynin müavini Nuri əl-Malikini edam edəcəyi ilə hədələyib.

Son günlərdə İraqda fəallaşan Səddam Hüseyn tərəfdarları baş nazir Nuri əl-Malikiyə qarşı təhdidlə çıxış edirlər.

Moderator.az xarici mətbuta istinadən yazır ki, son belə bir təhdidlə vaxtilə Səddam Hüseynin müavini olmuş İzzət al-Douri çıxış edərək, Nuri əl-Malikini edam edəcəyi ilə hədələyib. İ.Douru bəyan edib ki, o bu niyyətini Ramazan ayının sonunadək həyata keçirəcək və Nuri əl-Malikini edam edəcək.

Sabiq vitse-prezident İ. Douru Malikiyə xəbərdarlıq edərək bildirib ki, əyninə hərbi forma geyinsin, əks təqdirdə onu İraq ordusunun qaydalarına əsasən güllələməyəcək, asacaq.

Qeyd edək ki, Douri keçən həftə İŞİD qüvvələrinin Mosulu işğal etdikdən sonra ictimaiyyət arasında görünüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol