Menu

«NATO əsgərləri Rusiya təcavüzü ilə mübarizədə bizim müttəfiqlərimizdir» - Poroşenko

28.08.2017, 13:55
«NATO əsgərləri Rusiya təcavüzü ilə mübarizədə bizim müttəfiqlərimizdir» - Poroşenko

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ukraynanın müstəqilliyi günü münasibətilə keçirilən paradda NATO əsgərlərinin iştirakını şərh edən Ukrayna Prezidenti Pyotr Poroşenko bəyan edib ki, NATO əsgərləri «Rusiyanın təcavüzü»nə qarşı mübarizədə Ukranyanın müttəfiqləridir. Xəbəri «UNN» yayıb.

«Bu paradın ideyası ondan ibarət olub ki, Ukraynanın tarixində ilk dəfə meydan və küçələrdən müttəfiqlərimiz, həmkarlarımız - indi Rusiyanın təcavüzü ilə mübarizədə Ukraynanı dəstəkləyənlər keçdi» - deyə, Poroşenko bəyan edib.

Onun sözlərinə görə, Müstəqillik günü münasibətilə keçirilən paradın başlıca ideyası ondan ibarət olub ki, Kiyevin mərkəzində Ukrayna əsgərləri ilə çiyin-çiyinə Rusiya təcavüzünə qarşı mübarizədə müttəfiqlər addımlasın.

Poroşenkonun sözlərinə görə, Ukrayna sadəcə, «yeni doğlumuş güclü Ukrayna ordusunu - Ukrayna qəhrəmanlarını, yaxşı təlim keçmiş, yaxşı geyinmiş, yaxşı silahlanmış və vətənpərvər ordunu nümayiş etdirmədi…».

Avqustun 24-də Ukrayna özünün müstəqilliyinin 26-cü ildönümünü qeyd etdi. Bu münasibətlə keçirilən paradda 8 NATO ölkəsinin (ABŞ, Britaniya, Kanada, Litva, Polşa, Latviya, Rumıniya və Estoniya) və Moldova və Gürcüstanın ordu hissələri iştirak etdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol