AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, İsrail Birləşmiş Millətlər Təşkilatını (BMT) maliyyələşdirməyi dayandıracağı ilə hədələyib. Ölkənin xarici işlər nazirliyində guya, beynəlxalq təşkilatın qərəzli qərarlar qəbul etməsindən narazıdırlar.
«BMT dəstək və maliyyələşdirilməsini itirmək istəmirsə, öz davranışını dəyişməlidir» - bu barədə İsrail XİN başçısının müavini Tsili Xotovali bəyan edib.
Bu bərədə «Times of Israel» nəşri yazıb.
Diplomatın sözlərinə görə, bu narazılıq İsrailə səfərinin gedişi zamanı şəxsən BMT-nin Baş katibi Antoniu Quttereşə bildiriləcək. Xotoveli həm də əlavə edib ki, Təl-Əviv Vaşinqtonun dəstəyini əldə edə bilib.
«Bu məsələni danışıqlar masasına çıxarmağın vaxtı yetişib» - deyə, diplomat bəyan edib.
İsrail artıq xeyli vaxtdır ki, BMT-nin siyasətindən narazılığını bildirir. Sanki Təl-Əvivdə İsrail dövlətini məhz kimin yaratdığını unudublar - başqa sözlə, «cocuq» indi öz «ana»sına asi düşüb!

Şərhlər