Menu

Kürdəmirdə Türkiyə vətəndaşı qəza törədib - Ölən və xəsarət alanlar var

28.08.2017, 16:18
Kürdəmirdə Türkiyə vətəndaşı qəza törədib - Ölən və xəsarət alanlar var

Kürdəmirdə 1 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün rayonun Atakişili kəndində Türkiyə vətəndaşı Seyfəddin Oksunun idarə etdiyi "Volva" markalı yük maşını 1958-ci il təvəllüdlü Vahid Tofiq oğlu Mehdiyevin idarə etdiyi "Hyundai" markalı minik maşını ilə toqquşub.

Nəticədə minik maşınında olan sərnişin, Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Qətibə Mehbalı qızı Mehdiyeva hadisə yerində ölüb. Sürücü V. Mehdiyev və digər sərnişinlər - Bakı şəhər sakinləri, 1984-cü il təvəllüdlü Elza Vahid qızı Qədirzadə, 2004-cü il təvəllüdlü Züleyxa Əbülfəz qızı Qədirzadə və 2002-ci il təvəllüdlü Abbas Əbülfəz oğlu Qədirzadə müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Kürdəmir Rayon Polis şöbəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol