Menu

Tacikistanda milli geyim məcburi oldu - Qanun təsdiq edildi

28.08.2017, 20:42
Tacikistanda milli geyim məcburi oldu - Qanun təsdiq edildi

Tacikistan prezidenti Emoməli Rəhmon ənənə və ayinlərin təkmilləşdirilməsi haqqında qanuna düzəlişi təsdiq edib.

Trend-in məlumatına görə, həmin düzəlişlərə əsasən ölkə vətəndaşlarının milli geyim geyməsi məcburi olacaq.

Qanunda qeyd edilir ki, fiziki və hüquqi şəxslər milli mədəniyyətin rəmzlərinə riayət etməlidirlər - dövlət dilini bilməli, milli geyim geyinməlidirlər. Qanunun pozulması halında cəzalar nəzərdə tutulub.

Yerli mütəxəssislər hesab edir ki, bu addım əslində hicaba qarşı yönəlib. Bir qədər əvvəl Tacikistan prezidenti Emoməli Rəhmon ölkə vətəndaşlarını saqqal saxlamaq və hicab taxmaqdan imtina etməyə çağırmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol