Cəlilabadda 27 yaşlı gənc suda boğulub.
Xezerxeber.az xəbər verir ki, hadisə rayonun Abazallı kənində baş verib.
Kənd sakini Şahamar Hümbətov sərinləmək üçün kənddəki Mişarçay sututarına girib. Daha sonra o, suda boğulub.
Hadisə yerinə Dövlət Sularda Xilasetmə Xidmətinin Dalğıc Xilasediciləri çağırılıb. Aparılan axtarışlar nəticəsində gəncin meyiti sudan çıxarılaraq adiyyatı üzrə təhvil verilib.


Şərhlər