Menu

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşib -FOTO

23.06.2014, 17:06
"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşib -FOTO

İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

ANS PRESS-in məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə püşkatmanın nəticələrinə əsasən Ağdamın "Qarabağ" klubu Maltanın “Valletta” klubu üz-üzə gələcək.

Qeyd edək ki, ÇL-in birinci təsnifat mərhələsinin ilk oyunları iyulun 1-2-də, cavab matçları isə 8-9 iyul tarixlərində baş tutacaq. İkinci təsnifat mərhələsinin ilk oyunları 15-16 iyul, cavab oyunları isə 22-23 iyul tarixlərində keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol