Menu

Əmrə Mor İspaniya klubuna keçib

29.08.2017, 20:46
Əmrə Mor İspaniya klubuna keçib

Türkiyə milli futbol yığmasının üzvü Əmrə Mor İspaniyanın "Selta Viqo" klubuna keçib.

APA-nın "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, 20 yaşlı futbolçu bu gün tibbi müayinədən keçdikdən sonra klubla 5 illik müqavilə imzalayıb.

Ə. Morun transferi "Selta" klubuna 12.5 milyon avroya başa gəlib. Futbolçu özü isə ildə 2 milyon avro maaş alacaq.

Ə. Mor "Selta"ya Borussiyanın "Dortmunt" klubundan transfer olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol