Menu

Milyon yarımdan artıq insan Səudiyyə Ərəbistanına həcc ziyarətinə gəlib

30.08.2017, 08:22
Milyon yarımdan artıq insan Səudiyyə Ərəbistanına həcc ziyarətinə gəlib

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, artıq dünyanın müxtəlif ölkələrindən 1,5 milyondan artıq insan Səudiyyə Ərəbistanına həcc ziyarətinə gəlib.

Xəbəri «Əl-Ərəbiyyə» telekanalı yayıb.

Ziyarətçilər arasında 104 yaşlı İndoneziyalı qadının olduğu da bildirilir. İndoneziyanın konsulu və İndoneziya ziyarətçilər missiyasının başçısı Ciddə aeroportunda onu şəxsən qarşılayıblar.

Həcc prosedurundan əvvəl ahıl qadın tibbi müayinədən keçirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol