Menu

Bakıda iki qadın bıçaqlanıb

30.08.2017, 09:29
Bakıda iki qadın bıçaqlanıb

Bakının Nizami rayonunda iki qadın bıçaqlanıb. APA-nın məlumatına görə, insident Qara Qarayev prospekti, ev 61 ünvanında qeydə alınıb.

Həmin ünvanda yerləşən binanın giriş qapısının qarşısında 1993-cü il təvəllüdlü Saramanova Vüsalə Əmiraslan qızı və onun rəfiqəsi 1985-ci il təvəllüdlü Mikayılova Elnarə Yanar qızı naməlum şəxs tərəfindən bıçaq xəsarətləri alıb.

Onların hər birinə altı bıçaq zərbəsi yetirilib. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatlarını Nizami RPİ-nin istintaqçıları araşdırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol