Menu

Sabah Azərbaycanın xarici işlər naziri Macarıstana gedəcək

30.08.2017, 11:02
Sabah Azərbaycanın xarici işlər naziri Macarıstana gedəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov avqustun 31-də Macarıstana gedəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, E.Məmmədyarov Budapeşt şəhərində keçiriləcək Vişeqrad qrupu (Polşa, Çexiya, Slovakiya və Macarıstan) və Şərq Tərəfdaşlığı ölkələrinin Xarici İşlər Nazirlərinin toplantısında iştirak edəcək.

Tədbirdə E.Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol