Menu

18 yaşlı qız intihara cəhd edib

30.08.2017, 17:48
18 yaşlı qız intihara cəhd edib

Biləsuvar rayonunda 18 yaşlı qız intihara cəhd edib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Xırmandalı kəndi ərazisində baş verib.

Belə ki, kəndin sakini, 1999-cu il təvəllüdlü Səidə Niyaz qızı Əsədova 30-a yaxın diabet xəstələrinin istifadəsi üçün nəzərdə tutulan preparat qəbul edib. O, huşunu itirib və yaxınlarının köməkliyi ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, S.Əsədovaya ilkin tibbi yardım göstərilib və vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırmalara başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol