Menu

Ukraynada Saakaşvilinin tərəfdarları güllələnmə ilə hədələnir

30.08.2017, 18:48
Ukraynada Saakaşvilinin tərəfdarları güllələnmə ilə hədələnir

Ukrayna daxili işlər naziri Arsen Avakovun keçmiş məsləhətçisi İlya Kiva Polşadan Ukraynaya keçməyi planlaşdıran Mixail Saakaşvilini qarşılamağa gedəcək hər kəsi, o cümlədən Radanın deputatlarını güllələcəyini deyib.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Kiva Saakaşvilini və onun tərəfdarlarını təxribatda ittiham edib.

“Saakaşvilinin tərəfdarları böyük təxribat hazırlayır. Onlar “Mişka-Maydan” planı həyata keçirmək istəyir. Amma şərq cəhbəsində olduğu kimi satqınları yerindəcə güllələyəcəyik. Yuliya Timoşenkonu da, Sergey Leşenkonu da, Semen Semençenkonu və s.”.

Qeyd edək ki, Mixail Saakaşvili sentyabrın 10-da Polşanın “Krakovets” sərhəd-keçid məntəqəsindən Ukraynaya daxil olmağı planlaşdırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol