Menu

Oğurluğa görə tutulan şəxsin daha 6 əməlinin üstü açılıb

31.08.2017, 12:59
Oğurluğa görə tutulan şəxsin daha 6 əməlinin üstü açılıb

Bakıda oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan şəxsin daha 6 əməlinin üstü açılıb.

"Report" xəbər ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Belə ki, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Zaur Suleykinin ətrafında Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun cari ilin yanvar-iyul ayları ərzində rayon ərazisində 1 avtomobildən və 5 evdən pul, qızıl və məişət əşyaları oğurlaması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol