Menu

Peterburq metrosunda həyəcan - Stansiya bağlandı

31.08.2017, 17:27
Peterburq metrosunda həyəcan - Stansiya bağlandı

Sankt-Peterburq şəhərində metro stansiyası bağlanıb.

Trend-in məlumatına görə, “Sportivnaya” stansiyasında sahibsiz əşyanın tapılması ilə əlaqədar sərnişinlər təxliyyə edilib. Hadisə yerinə dərhal təhlükəsizlik xidməti və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hələlik hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol