Menu

Yaponiya KXDR təhlükəsinə qarşı hərbi büdcəsini artırır

01.09.2017, 08:32
Yaponiya KXDR təhlükəsinə qarşı hərbi büdcəsini artırır

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Koreya Xalq Demokratik Respublikasının (KXDR) yaratdığı təhlükəyə qarşı Yaponiya hökuməti özünün hərbi büdcəsini artırmaq məcburiyyətində qalıb.

Belə ki, Yaponiyanın müdafiə idarəsinin gələn il üçün büdcəsi 2,5 faiz artaraq, 5,25 trilyon ienə (48,6 milyard dollar) çata bilər. Hərbi idarə hökumətdən məhz bu həcmdə vəsaiti (xərcləri) tələb edir.

Raket əleyhinə yaxşılaşdırılmış xarakteristikalı SM-3 Block 2A və RAC-3 MSE tipli müdafiə raketləri almaq üçün nazirlik 67,7 milyard ien (1,52 milyard dollar) istəyir.

10 milyard ien (90,5 milyon dollara yaxın) vəsait uzaq məsafədən vurmaq üçün vasitələrin yaradılması istiqamətindəki tədqiqatlara gərək hesab olunur.

7,7 milyard ien (69,7 milyon dollar) vəsaitin gəmi əleyhinə yeni raketlərin yaradılması istiqamətindəki araşdırmalara lazım olacağı ehtimal edilir…

«Röyter» agentliyinin məlumatına görə, müdafiə məqsədləri üzrə xərclərin aptırılması Koreya yarımadasında vəziyyətin gərginləşməsi ilə bağlıdır. Bundan başqa, mübahisəli Senkaku adaları rayonunda Çinin artan aktivliyi Yaponiyanı ciddi şəkildə narahat edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol