Menu

Banqladeş Myanma müsəlmanlarına sığınacaq vermədi - Onları geri qaytardı

04.09.2017, 16:36
Banqladeş Myanma müsəlmanlarına sığınacaq vermədi - Onları geri qaytardı

Banqladeş hakimiyyəti Myanmadan ölkəyə pənah gətirmiş müsəlman əhalidən 2 min nəfərini saxlayıb və geri – gəldikləri ölkəyə yollayıb.

Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, sahil mühafizə idarəsinin əməkdaşları Sent-Martin adasında aparılan reyd zamanı Myanmanın Rakhayn bölgəsindən qaçaraq buraya gəlmiş 2 minə yaxın miqrantı geri – vətənlərinə yollayıb.

“Saxlanılan şəxslər balıqçı gəmiləri ilə geri göndəriliblər”, - bunu Banqladeşin ən cənub nöqtəsində yerləşən, Myanma ilə həmsərhəd Koks-Bazar əyalətinin rəhbərliyinin nümayəndəsi Məhəmməd Əli Hüseyn deyib.

Eyni zamanda, miqrantların üzüb gəldiyi 9 ədəd qayıq da müsadirə olunub. Deportasiya edilənlərin əsasən qadınlar, uşaqlar və yaşlı adamlar olduqları qeyd olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol