Menu

Mollaların edam cəzası verdiyi qadın buraxıldı - Foto

24.06.2014, 10:42
Mollaların edam cəzası verdiyi qadın buraxıldı - Foto

ABŞ, Britaniya və Avropa Birliyinin təzyiqləri nəticəsini verdi. İslamdan imtina edərək xristianlığa üz tutduğu üçün edam cəzasına məhkum olunmuş qadın Sudanda azad olunub.

Məryəm Yəhya İbrahim ikinci övladını, qızını həbsxanaya atılandan 12 gün sonra, dəmir barmaqlıqlar arasında dünyaya gətirmişdi.

M.İbrahim ABŞ vətəndaşı, xristian Deniel Vaniyə ərə gedəndən sonra həbs olunmuşdu.

Sudanın paytaxtı Xartumdakı Ali Şəriət Məhkəməsinin qərarına görə, M.İbrahimi edam olunmazdan əvvəl ona 100 şallaq zərbəsi də vurulmalıydı.

Qadın həbsxanadan buraxılandan sonra təhlükəsiz yerə aparılıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, həbsxanadan çıxan Məryəm əri Deniel Vani, qızı Mayya və 21 aylıq oğlu Martinlə birlikdə şəkil çəkdirib.

27 yaşlı M.İbrahimin azadlığa çıxmasını tələb edən ictimai qrupun fəallarından olan Səfvan Abubakarın dediyinə görə, "bəxtəvər günü yaşayırlar".

M.İbrahim "İslamı tərk edərək xristianlığa üz tutduğu üçün" ötən ay Sudan Ali Şəriət Məhkəməsinin hökmü ilə edam cəzası almışdı.

Lakin beynəlxalq etirazlar və təzyiqlərdən sonra Sudan Ali Apellyasiya Məhkəməsi bu hökmü ləğv edib.

Məryəm İbrahim Yəhya 2011-ci ildə əslən Cənubi Sudandan olan katolik, ABŞ vətəndaşı Daniel Vaniyə ərə getmiş, 2013-cü ilin sentyabrında həbs olunmuşdu.

Bu ilin mayın 15-də barəsində edam cəzası verilən Məryəm mayın 23-də həbsxanada Mayyanı dünyaya gətirmişdi.

1987-ci ilin noyabrın 3-də Sudanın şərqindəki Gedaref şəhərində doğulmuş Məryəm İbrahim Yəhyanın atası müsəlman, anası pravoslav xristiandır.

Məryəmin 5 yaşı olanda atası onları atıb getmişdi. Məryəmi anası böyüdüb və ona xristian tərbiyəsi verib.

Məryəm ərə getməzdən əvvəl, 2011-ci ildə katolikliyi qəbul etmişdi. /milli.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol