«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Seulla Vaşinqton Cənubi Koreyadakı raketlərə quraşdırılmış döyüş başlıqlarının çəkisinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması barədə razılığa gəliblər.
Donald Trampla Mun Çje İn arasında keçirilmiş danışıqların nəticələrinə əsasən, bu barədə Cənubi Koreya prezidenti dəftərxansının nümayəndələri xəbər veriblər.
Xəbərdə deyilir ki, liderlər bunu effektli addım adlandırıblar.
Bu ərəfədə Seulda bəyan ediblər ki, Vaşinqton Şimali Koreyanın həyata keçirdiyi nüvə sınaqlarına hərblə cavab veriləcəyini istisna etmir.

Şərhlər