AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatları hərbi-hava qüvvələrinin (ABŞ HHQ) ehtiyatda olan mühəndisi «yadplanetlilər»in məhbəs həyatından bəhs edən «Bozların 50 rəng çaları» adlı kitab yazıb.
Hərbi mütəxəssisin sözlərinə görə, yadplanetliləri Ohayo ştatındakı aviasiya bazasının yeraltı tunellərində saxlayırlar - bura gəlmələr üçün gizli məhbəs kimi istifadə olunur.
Bu barədə Britaniyanın «The Sun» nəşri yazıb.
Kitabın müəllifi Reymond Jimanski ABŞ silahlı qüvvələrində 39 il qulluq keçib. O, iddia edir ki, 1947-ci ildə ABŞ-n Rozunll şəhəri yaxınlağında uçan boşqabın qəzaya uğramasından sonra sağ qalmış yadplanetlilər Ohayo ştatındakı aviabazanın gizli məhbəsinə gətiriliblər.
Jimanski yadplanetlilərin həyat formasından xəbər verən heç bir izi gözləri ilə görməyib, amma elə insanlarla qarşılaşdığı epizodlardan xəbər verir ki, bu insanlar ona ciddi-cəhdlə gizdədilməyə çalışılan nələrlə isə əlaqəli görünüblər.
Bundan başqa, kitabın müəllifi qeyd edir ki, yaratdığı bu «nəzəriyyə»ni təsdiqləyən söhbətlərin dəfələrlə şahidi olub. Məhz bunlar sözügedən kitabın yazılmasına gətirib çıxardıb.

Şərhlər