Menu

Benzin almaq istəyən sürücü aeroport yolunda zəncirvari qəzaya səbəb oldu - VİDEO

05.09.2017, 20:02
Benzin almaq istəyən sürücü aeroport yolunda zəncirvari qəzaya səbəb oldu - VİDEO

Sabunçu rayonunda zəncirvari yol qəzası baş verib.ARB TV xəbər verir ki, hadisə Aeroport şosesində qeydə alınıb.

Mərdəkan istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobilin yanacağı bitib. Sürücü maşını yolun hərəkətdə olan hissəsində saxlayaraq yanacaq almaq üçün yanacaqdoldurma məntəqəsinə yollanıb. Bu vaxt arxadan gələn 26 yaşlı Tərlan Kazımov idarə etdiyi “KİA” markalı avtomobili yolda hərəkətsiz dayanan “Mercedes”ə çırpıb, ardınca isə taksi sürücüsü idarəetməni itirərək maşını “KİA”-ya çırpıb.

Hadisə zamanı “KİA”-nın sürücüsü Tərlan Kazımov ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağırdır.

Fakt araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol