Menu

"Bu, ABŞ-a hədiyyəmiz idi" - Şimali Koreya

05.09.2017, 20:02
"Bu, ABŞ-a hədiyyəmiz idi" - Şimali Koreya

Şimali Koreyanın hidrogen bombası sınaqlarını uğurla həyata keçirdiyini deməkdən qürur duyuram.

Axar.az xəbər verir ki, bu sözləri Cenevredə keçirilən Silahsızlaşdırma Konfransında danışan Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsi Han Tae Sonq deyib.

“Ölkəmin həyata keçirdiyi sonuncu müdafiə hərəkəti ABŞ-a hədiyyə paketidir. ABŞ Şimali Koreyaya qarşı təzyiq məqsədilə yersiz cəhdlərini davam etdirərsə, daha çox hədiyyə paketi alacaq ”, - deyə o bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Şimali Koreya hidrogen bombasının sınağını keçirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol