AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiyanın Qaraçay-Çərkəz Respublikasının paytaxtı Çerkessk şəhərində müsəlman-rohincələrin Myanmadakı təqibinə qarşı mitinq keçirilib.
Tədbirdə çıxış edən Respublika müsəlmanları dini idarəsinin sədr müavini İbrahim Katçiyev Myanmada müsəlmanlara göstərilən münasibəti faşizmlə müqayisə edib.
«Qafqaz.Reallıqları» portalının məlumatına görə, mitinq 5 minə yaxın iqtirakçını bir araya toplayıb.
Myanma müsəlmanlarını dəstəkləyən miqyaslı tədbirlər Moskva, Qroznı və Maxaçqala şəhərlərində də keçirilib. İştirakçılar Myanmada etnik qrup olan müsəlman-rohincələrin sıxışdırılmasına qarşı olduqlarını bəyan ediblər.
Çeçnistanın başçısı Ramzan Kadırov da bu etirazları dəstəkləyib. O, bəyan edib ki, əgər Rusiya «cinayət törədən şeytanları dəstəkləsə», o, Rusiyanın mövqeyinin əksinə olacaq.
Bu gün Kadırovun bu bəyanatını Rusiya Prezidenti Vladimir Putin şərh edib. Prezident deyib ki, ölkənin bütün vətəndaşları Rusiyanın xarici siyasətinə şəxsi münasibətini ifadə edə bilər.
«Kadırovun bəyanatlarında hökumət əleyhinə yönəlmiş heç nə yoxdur. Xahiş edirəm, hamı sakitləşsin» - deyə, dövlət başçısı əlavə edib.
Bundan sonra Kadırov özünün Teleqram-kanalında yazıb ki, onun fikirlərini məqsədli şəkildə təhrif edib və yalanla qarışdırıblar.


Şərhlər