Türkiyədə PKK terror təşkilatına qarşı ölkə miqyasında həyata keçirilən əməliyyatlar zamanı dörd vilayətdə ümumilikdə 16 terrorçu zərərsizləşdirilib.Məlumatı “Anadolu” agentliyi Türkiyənin Daxili İşlər Nazirliyinə istinadən yayıb.
Məlumatda qeyd olunub ki, sentyabrın 6-da keçirilən əməliyyatlar nəticəsində Şırnakda 5, Ağrıda 5, Muşda biri yaralı olmaqla 5 və Mersində isə 1 terrorçu zərərsizləşdirilib.
Şırnakın Uludərə rayonunda keçirilən əməliyyatlar zamanı 5 terrorçu öldürülüb. Ağrı vilayətinin Diyadin rayonunda Hərbi Hava Qüvvələrinin də iştirakı ilə həyata keçirilən əməliyyat nəticəsində 5 terrorçu zərərsizləşdirilib. Muşun Alaniçi kəndində aparılan əməliyyatlar zamanı isə dörd nəfər öldürülüb, bir terrorçu yaralı vəziyyətdə ələ keçirilib.
Bölgələrdə əməliyyatlar davam etdirilir.


Şərhlər