Menu

Bu il banklar kreditləşməni 1 mlrd. manatadək azaldıb

07.09.2017, 15:21
Bu il banklar kreditləşməni 1 mlrd. manatadək azaldıb

Bu ilin iyulunda ölkədəki bankların müştərilərə verdiyi kreditlərin həcmi azalıb. "APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən xəbər verir ki, avqust ayının 1-nə bankların müştərilərə verdiyi kreditlərin məbləği 12 mlrd. 392,9 mln. manat təşkil edib ki, bu da iyun ayı ilə müqayisədə 1 mlrd. 69,2 mln. manat və ya 7,94% azalma deməkdir.

Ümumiyyətlə, ilin əvvəlindən bankların müştərilərə verdiyi kreditlərin həcmi 3 mlrd. 545,4 mln. manat və ya 22,24% azalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol