Menu

Valideynlər “Çağ Öyrətim”in akt zalında etiraz aksiyası keçirir

24.06.2014, 12:24
Valideynlər “Çağ Öyrətim”in akt zalında etiraz aksiyası keçirir

Bu dəqiqələrdə bir qrup valideyn türk liseylərinin daxil olduğu “Çağ Öyrətim” İşlətmələri şirkətinə toplaşıb.

Onlar liseylərin bağlanmasına etiraz edirlər. Valideynlər İnterpress.az-a övladlarının gələcək aqibətindən narahatlıqlarını bildiriblər: “Türk liseylərində təhsil sistemi fəqrlidir, burda fənlər ingilis dilində tədris olunur və yuxarı sinifdə şagirdlər seçdikləri profil-dəqiq və humanitar fənlər üzrə oxuyurlar. Əgər bu məktəblər bağlansa övladlarımızın yerli ümumtəhsil məktəblərində oxumaları çətin olacaq. Humanitar sinifdə oxuyan şagirdlər kimya, fizika və riyaziyyatı dərindən keçmirlər və ya dəqiq fənləri seçənlər tarix, coğrafiya, ədəbiyyat dərslərini dərindən öyrənmirlər. İndi uşaqlarımız adi məktəblərdə necə oxuyacaq?”

Hazırda valideynlərin şirkət rəhbərliyi ilə görüşü keçirilir. Valideynlərlə danışığa Təhsil Nazirliyinin əməkdaşı da gəlib. /azadliq.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol