Menu

Meksika Koreya səfirinə 72 saat vaxt verdi

08.09.2017, 11:56
Meksika Koreya səfirinə 72 saat vaxt verdi

Meksika hökuməti Şimali Koreya səfirini arzuolunmaz şəxs elan edib. Axar.az xəbər verir ki, Meksika bu addımı Pxenyanın nüvə sınaqlarına etiraz olaraq atdığını açıqlayıb.

“Bu gün Meksika hökuməti Koreya Xalq Demokratik Respublikasının səfiri cənab Kim Hyon Kini arzuolunmaz şəxs elan edərək ona ölkəni tərk etmək üçün 72 saat vaxt verib”, - XİN açıqlamasında deyilib.

Qeyd edək ki, Şimali Koreya BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə baxmayaraq, nüvə sınaqlarını davam etdirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol