Menu

“Nə deməliydim, balqabaqbaş?” - Akif Əlidən növbəti həqarət

08.09.2017, 11:57
“Nə deməliydim, balqabaqbaş?” - Akif Əlidən növbəti həqarət

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin azərbaycanlı alim Lütfi Zadə haqqında söylədiyi "fındıqbaş” ifadəsi cəmiyyətdə birmənalı qarşılanmayıb.

"AzPolitika" xəbər verir ki, Yenicag.az saytı məsələ ilə bağlı adıçəkilən şəxslə əlaqə saxlayıb. Akif Əli növbəti açıqlamasında görkəmli alim barədə bu dəfə daha sərt ifadə səsləndirib:

"O sual mənə aid deyildi. Nə deməliydim, balqabaqbaş? Kimsə kimisə qəbul edir, bu, onun şəxsi işidir. İş başlamamış mənə zəng vurub, sual veriblər. Onun alimliyinin mənə dəxli var? İndi baxacam, görüm nə yazılıb? Kim nə istəyir desin. Oğurluq etməmişəm, pul oğurlamamışam, cinayət törətməmişəm, dövləti satmamışam. Bu, mənim şəxsi fikrimdir”, - deyə qurum rəsmisi bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol