Menu

Sabah Astanada İƏT-in zirvə toplantısı keçiriləcək

08.09.2017, 15:08
Sabah Astanada İƏT-in zirvə toplantısı keçiriləcək

Qazaxıstanın paytaxtı Astanada sentyabrın 9-11-də İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısı keçiriləcək. “Kazinform” xəbər verir ki, bununla əlaqədar Astana şəhərinin daxili küçələrinin bəziləri bağlanacaq.

Qeyd edək ki, təşkilatın ötən il aprelin 14-15-də İstanbul sammitində Qazaxıstan Prezidenti Nursultan Nazarbayev 2017-ci ildə Astanada elm və texnologiya üzrə zirvə toplantısının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Bu toplantı “İslam dünyasında elm, texnologiya, innovasiya və modernizasiya” şüarı altında keçiriləcək.

Sentyabrın 9-da üzv ölkələrin elm və texnologiya sahəsi üzrə nazirlərinin müşavirəsi olacaq. Sammitin yekun siyasi sənədi - Astana qətnaməsi qəbul ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol