Menu

Bakıda “Lukoil”a maskalı hücum - İki yaralı, 5400 oğurlandı

24.06.2014, 13:05
Bakıda “Lukoil”a maskalı hücum - İki yaralı, 5400 oğurlandı

Bu gün “Lukoil” yanacaq doldurma məntəsiqənə hücum olub.

“Qafqazinfo”ya hüquq mühafizə orqanlarından daxil olan məlumata görə, hadisə bu gün səhər saat 5 radələrində Qaraçuxur qəsəbəsində yerləşən YDM-də olub.

Dörd maskalı şəxs yanacaq doldurma məntəsiqənə basqın edərək kassadan 5400 manat pul oğurlayıblar. Hadisə nəticəsində “Lukoil”in iki işçisinə xəsarət yetirilib.

Hazırda polis hadisə yerindədir və cinayətkarların tapılması ilə bağlı axtarış aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol