Menu

ABŞ-dan Türkiyəyə qarşı qərar

08.09.2017, 17:58
ABŞ-dan Türkiyəyə qarşı qərar

ABŞ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəçilərinə prezidentin mühafizəsi üçün lazım olan xüsusi avadanlıqlar və silahların satışını qadağan edən qanun layihəsini qəbul edib. Axar.az xəbər verir ki, Senatın qərarına əsasən, ABŞ şirkətlərinə Ərdoğanın mühafizə alayına silah satmaq qadağan edilib.

Qeyd edək ki, Ərdoğan ABŞ-da səfərdə olan zaman Türkiyə konsulluğunun ətrafında toplaşan bir qrup PKK tərəfdarları prezident və hökumət əleyhinə şüarlar səsləndiriblər. Bu zaman Ərdoğan tərəfdarları ilə onlar arasında qarşıdurma yaşanıb. Olaya türk liderin mühafizəçiləri də müdaxilə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol