"Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin girovla müqabilində dəyişdirilməməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi təxirə düşüb.
Vəkil Fuad Ağayevin APA-ya verdiyi xəbərə görə, iclasın təxirə salınmasına səbəb M. Əliyevin məhkəməyə gətirilməməsi olub.
Buna görə məhkəmə iclası sentyabrın 11-dək təxirə salınıb.
Qeyd edək ki, M. Əliyev barəsində Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi başlanıb.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə M. Əliyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
M. Əliyev barəsində seçilən həbs qərarının girov müqabilində dəyişdirilməsi ilə bağlı vəsatəti Yasamal Rayon Məhkəməsi təmin etməyib.


Şərhlər