Menu

Ərdoğan Qazaxıstana rəsmi səfərə gəlib

08.09.2017, 23:16
Ərdoğan Qazaxıstana rəsmi səfərə gəlib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana rəsmi səfərə gəlib.Türkiyə KİV xəbər verir ki, prezidentin təyyarəsi Astanada yerli vaxtla saat 17:00-da eniş edib.

Məlumata əsasən, Türkiyə prezidentini Qazaxıstanın investisiya və inkişaf üzrə naziri Jenis Kasımbek, Astana Şəhərinin akiminin birinci müavini Sergey Xoroşun, Türkiyənin Astanadakı səfiri Nevzat Uyanık, Türkiyənin İƏT-də daimi nümayəndəsi Salih Şən və səfirliyin əməkdaşları qarşılayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol