Menu

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 34-ə çatıb

09.09.2017, 01:23
Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 34-ə çatıb

Meksika sahillərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 32 nəfərin öldüyü bildirilirdi.

Meksikanın Milli Seysmoloji xidmətinin dəqiqləşdirilmiş məlumatına əsasən, sentyabrın 8-ə keçən gecə qeydə alınan yeraltı təkanların maqnitudası 8,2 olub.

Meksika prezidenti Enrike Penya Neto yeraltı təkanları son 100 ildə ölkədə baş verən ən böyük zəlzələ adlandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol