Menu

“Qarabağ” - “Roma” oyununa artıq 12500 bilet satılıb - 2 gündə

09.09.2017, 16:50
“Qarabağ” - “Roma” oyununa artıq 12500 bilet satılıb - 2 gündə

Sentyabrın 7-dən "Qarabağ" - "Roma" oyununun biletləri satışa çıxarılıb. Virtualaz.org xəbər verir ki, dünənki günün sonuna 12.500 bilet satılıb.

Xatırlafaq ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si, saat 20:00-da start götürəcək.

eTicket saytında elektron satışdan əlavə, biletləri “canlı” olaraq aşağıdakı ünvanlardan əldə etmək mümkündür:

Asan Xidmət Mərkəzləri

Heydər Əliyev Sarayının kassası

28 Mall

Gənclik Mall

Park Bulvar (Qarabağ FK Fanshop)

M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)

Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)

Üzeyir Hacıbəyov küç., 69x (Hökumət evinin arxası)

Biletlərin qiymətləri:

VIP – 50 AZN

Kateqoriya 1 – 20 AZN

Kateqoriya 2 – 10 AZN

Kateqoriya 3 – 5 AZN

Kateqoriya 4 – 2 AZN

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol